Deputat: Əmək bazarında qadınların vəziyyəti ilə bağlı hərtərəfli statistik məlumatlar hazırlanmalıdır
- 30 may, 2025
- 12:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Əmək bazarında qadınların vəziyyəti ilə bağlı hərtərəfli statistik məlumatlar hazırlanmalıdır.
“Report” xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Əli Məsimli parlamentin bugünkü plenar iclasında çıxış edib.
Deputatın sözlərinə görə, görünən odur ki, təqdim edilən statistika manevr xarakteri daşıyır:
"Yerlərdə sorğu aparılsa, insanların əksəriyyətinin işsiz olduğu ortaya çıxar. Onların 10 faizi özünüməşğulluğa cəlb edilir. Çox az hissəsinə isə sığorta haqqı ödənilir. Elə ailələr var ki, heç bir üzvü işləmir. Bu problem aradan qaldırmaq üçün addımlar atılmalıdır. Çünki indiki reallıqda bir şəxsin işləməsi belə ailənin dolanmasını təmin edə bilmir. Ona görə qadınların işləməsi üçün sahələrin genişləndirilməsi, onların buna cəlb edilməsi vacibdir. Xankəndidə, Laçında, o cümlədən digər bölgələrdə elə sahələr var ki, açılan iş yerlərində çalışanların hamısı qadınlardır. Bu praktikanı digər bölgələrə də tətbiq etməliyik”.