Deputat: "Dövlət büdcəsindən təhsil müəssisələrinə ayrılan vəsait artırılmalıdır"

Deputat: "Dövlət büdcəsindən təhsil müəssisələrinə ayrılan vəsait artırılmalıdır" Dövlət büdcəsindən təhsil müəssisələrinə ayrılan vəsait artırılmalıdır.
Milli Məclis
3 Noyabr , 2023 16:08
Deputat: Dövlət büdcəsindən təhsil müəssisələrinə ayrılan vəsait artırılmalıdır

Dövlət büdcəsindən təhsil müəssisələrinə ayrılan vəsait artırılmalıdır.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

Onun sözlərinə görə, sertifikasiya imtahanlarında uğur qazanan məktəblərdə çalışan müəllimlərin əməkhaqqı təxminən 1000 manat ətrafındadır: “Lakin universitetlərdə çalışan müəllimlərin əməkhaqqısı 600-700 manat, bəzilərində isə daha aşağıdır. Təbii ki, belə olanda balans pozulur. Elmi müəssisələrdə çalışanların da əməkhaqqısının artırılmasına da baxılmalıdır. Həmçinin universitetlərin maddi-texniki bazası da gücləndirilməlidir. Universitetlərə əməkhaqqı artımı məsələsini deyəndə bildirirlər ki, təhsilhaqqı əsasında bu işlər həll olunur. Ona görə də bu yanaşmaya yenidən baxılmalı və sistem dəyişilməlidir”.

Son xəbərlər

Orphus sistemi