Deputat: Bu ilin yanvar-fevral aylarında gün ərzində 50-dən çox boşanma olub

Milli Məclis
  • 07 iyun, 2024
  • 09:55
Deputat: Bu ilin yanvar-fevral aylarında gün ərzində 50-dən çox boşanma olub

Bu ilin yanvar-fevral aylarında gün ərzində 50-dən çox boşanma olub.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Cəfərov parlamentin növbədənkənar sessiyasının iyunun 7-də keçirilən iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün ölkədə boşanmaların sayı ciddi şəkildə artıb: “Bu, artıq SOS siqnalıdır və qarşısının alınması üçün ciddi addımlar atılmalıdır. Nəzərə alsaq ki, ölkədə vətəndaş nikahı yoxdur, insanlar tövsiyə, məsləhət əsasında nikaha daxil olurlar. Hətta bir çox hallarda bir-birilərini yaxından tanımırlar. Təbii ki, bu da sonradan boşanmaların sayının artmasına gətirib çıxarır”.