Deputat: "Beynəlxalq təşkilatlar Ermənistana ciddi xəbərdarlıq etməlidir"

Deputat: "Beynəlxalq təşkilatlar Ermənistana ciddi xəbərdarlıq etməlidir" "Beynəlxalq təşkilatlar Ermənistana ciddi xəbərdarlıq etməlidir. Çünki indiyədək heç bir addım atmayıb. Ermənistana ərköyün övlad kimi davranıblar. İndi isə ərköyün övladı tənqid etməyin vaxtı çatıb".
Milli Məclis
17 İyun , 2022 11:34
Deputat: Beynəlxalq təşkilatlar Ermənistana ciddi xəbərdarlıq etməlidir

"Beynəlxalq təşkilatlar Ermənistana ciddi xəbərdarlıq etməlidir. Çünki indiyədək heç bir addım atmayıb. Ermənistana ərköyün övlad kimi davranıblar. İndi isə ərköyün övladı tənqid etməyin vaxtı çatıb".

"Report" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən ilk plenar iclasında çıxışı zamanı deyib.

"Ermənistan qulaqlarını açıb eşitsin və öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin. Hansı sənədin altına qol çəkibsə, bunun məsuliyyətini dərk etsin. Bu məsələni daha nə qədər uzatmaq istəyirlər?! Bu gün ANAMA-nın bir əməkdaşı Cəbrayılda minaya düşərək yaralanıb. Bu məsələ uzandıqca bu cür hallar təkrarlanacaq. Ona görə də Ermənistan konkret addımlar atmalı, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”.

Son xəbərlər

Orphus sistemi