Deputat: Bələdiyyələrlə bağlı sənəddə mənfəət vergisi ilə bağlı gülməli rəqəm qoyulub

Deputat: Bələdiyyələrlə bağlı sənəddə mənfəət vergisi ilə bağlı gülməli rəqəm qoyulub Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində mənfəət vergisi ilə bağlı gülməli rəqəm qoyulub. Ötən ilin 9 ayı üzrə cəmi 200 manat pul yığılıb.
Milli Məclis
19 Fevral , 2024 12:58
Deputat: Bələdiyyələrlə bağlı sənəddə mənfəət vergisi ilə bağlı gülməli rəqəm qoyulub

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində mənfəət vergisi ilə bağlı gülməli rəqəm qoyulub. Ötən ilin 9 ayı üzrə cəmi 200 manat pul yığılıb.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov adıçəkilən məruzənin müzakirəsi zamanı çıxışında deyib.

Onun sözlərinə görə, məruzədə göstərilib ki, dövlət büdcəsi tərəfindən ayrılan subvensiyalara görə, bələdiyyələrin istehsal və xidmət sahələrinin yaradılması baş tutub: “Düşünürəm ki, bir neçə müəssisə yaradılıb fəaliyyət göstərir. Amma belə çıxır ki, onlar rentabelli deyillər. Gəlir əldə etmirlər ki, mənfəət vergisini ala bilmirlər. Cəmi 200 manat alınması gülməli rəqəmdir”.

“Məruzədə həmçinin qeyd olunub ki, xidmət, istehsalat sahələri yanaşı istirahət parkları, futbol meydançası, qəbiristanlığın abadlaşdırılması kimi məsələlər məhz subvensiya üzrə layihələrə yönəldilib. Düşünürəm ki, bu da yanlış bir istiqamətdir. Ona görə ki, dövlət subvensiya qismində bələdiyyələrə vəsait ayırırsa, həmin vəsait gəlirli layihələrə yönəldilməlidir. Bələdiyyə parkın salınması, qəbiristanlığın abadlaşdırılması ilə nə gəlir əldə edir? Futbol meydançasının salınması əladır. Belə ki, ödənişli ola bilər və bələdiyyə gəlir əldə edər. Bundan başqa hər hansı xidmət sahəsi yaradılar ki, gəlir əldə olunar. Bu baxımdan, subvensiyalar istehsal, xidmət sahələri müəssisələrinin yaradılmasına yönəldilməlidir”, - deputat qeyd edib.

Son xəbərlər

Orphus sistemi