Deputat: “Bələdiyyələrin iclaslarının onlayn formatda keçirilməsi barədə qərar qəbul etməliyik”

Milli Məclis
  • 24 fevral, 2023
  • 08:12
Deputat: “Bələdiyyələrin iclaslarının onlayn formatda keçirilməsi barədə qərar qəbul etməliyik”

“Bələdiyyələrin iclaslarının onlayn formatda keçirilməsi barədə parlament səviyyəsində qərar qəbul etməliyik”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin fevralın 24-də keçirilən plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, bələdiyyələr iclaslarını canlı formada keçirə bilmədikdə bunu onlayn formatda edə bilsin:

“Bələdiyyələrin ərazilərində nümunəvi qəbiristanlıqların yaradılması ilə bağlı müzakirələr gedir. Hesab edirəm ki, gələcəkdə bunlar öz həllini tapa bilər”.