Deputat: "Bakıda avtomobillərin uzunmüddətli saxlanması üçün yerlər yaradılmalıdır"

Deputat: "Bakıda avtomobillərin uzunmüddətli saxlanması üçün yerlər yaradılmalıdır" “Bakıda parklanma məsələsi çox ciddi problemdir. Bunun yeganə yolu Bakıda avtomobillərin uzunmüddətli saxlanması üçün yerlərin yaradılmasıdır”.
Milli Məclis
1 Fevral , 2022 12:57
Deputat: Bakıda avtomobillərin uzunmüddətli saxlanması üçün yerlər yaradılmalıdır

“Bakıda parklanma məsələsi çox ciddi problemdir. Bunun yeganə yolu Bakıda avtomobillərin uzunmüddətli saxlanması üçün yerlərin yaradılmasıdır”.

“Report”un xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin bu gün keçirilən iclasında “Yol hərəkəti haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin I oxunuşda müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu məsələ şəhərsalma məsələsinə daxil edilməldir: “Parklanma və kanalizasiya problemləri Bakı üçün ciddi problemdir. Bu məsələlər həll olunmayınca heç bir cərimələr bunun qarşısını almayacaq”.

Son xəbərlər

Orphus sistemi