Bakı. 14 noyabr.
“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Rəşad Mahmudov deyib.
O qeyd edib ki, səhiyyə xərclərinin dövlət büdcəsindəki xüsusi çəkisi ilk dəfə olaraq 4.2 faiz təşkil edəcək: “Bundan başqa, icbari tibbi sığortanın tətbiqi üçün 224 milyon manatın ayrılması nəzərdə tutulub. 2018-ci illə müqayisədə səhiyyəyə ayrılan artım 42 faizdir. Bu da səhiyyənin inkişafına real töhfəsini verəcək”.
Deputat bildirib ki, paytaxt Bakı ilə yanaşı, regionlarda da tibbi müəssisələri yüksək səviyyədə qurulub: “Əminliklə deyə bilərəm ki, bu imkanlarımız hesabına bir çox Avropa ölkələrinin tibb müəssisələri ilə müqayisədə daha yaxşı səviyyədəyik. Qəbul olunacaq büdcə layihəsi həm də 2019-cu ildən etibarən başlayan və gələcəkdə də davam edəcək dövlətin səhiyyədə yeni maliyyə yanaşması kimi yadda qalacaq. Bu da Prezident