Deputat: “Azərbaycan humanist xarakterini bir daha nümayiş etdirdi"

Deputat: “Azərbaycan humanist xarakterini bir daha nümayiş etdirdi" 44 günlük müharibə Azərbaycanın qəti və tam qələbəsi ilə başa çatıb.
Milli Məclis
1795
16 Noyabr , 2020 17:05
Deputat: “Azərbaycan humanist xarakterini bir daha nümayiş etdirdi

“44 günlük müharibə Azərbaycanın qəti və tam qələbəsi ilə başa çatıb. Ermənistan məğlubiyyət aktına qol çəkib və əldə olunan üçtərəfli razılaşmaya əsasən, təsdiq edilmiş qrafikə uyğun olaraq, Azərbaycan ərazilərindən hərbi birləşmələrini və qeyri-qanuni məskunlaşdırılmış sakinlərini geri qaytarır”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin imzaladığı bəyanata əsasən, işğalçı qüvvələr Kəlbəcər rayonunu noyabrın 15-dək boşaltmalı idi. Amma Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirilmiş insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istəyib:

“Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirərək Rusiya Prezidenti Vladimir Putinin xahişini nəzərə alaraq, bu müddəti noyabrın 25-dək uzadıb. Bu, hər şeydən öncə məsələnin həllində yaranmış texniki problemlər və real vəziyyətlə əlaqədardır. Çünki Kəlbəcər-Basarkeçər (Vardenis) yolunun yükgötürmə qabiliyyəti məhduddur və torpaqlarımızdan çıxmaq məcburiyyətində qalan düşmənlərimizin əvvəlcə razılaşdırılan müddətdə ərazilərimizi tərk etməsini mümkün etmir. Belə olan halda bizim iki yolumuz var idi. Ya düşmənlərimizin və işğalçı erməni ordusunun məğlub əsgərlərininin qalanlarının ərazilərimizi tərk etmələri üçün əlavə vaxt verməli idik, ya da müzəffər ordu birliklərimiz vasitəsilə yolu bağlamalıydıq. Bizim məqsədimiz düşmən qüvvələrini ölkəmizi tərk etməyə məcbur etmək olduğu üçün onlara bir qədər daha vaxt verdik. Əks təqdirdə, ya onları məhv etməli, ya da girov saxlamalı idik ki, bu da Azərbaycanın məqsədləri içərisində deyildi. Çünki Azərbaycan məsuliyyətli dövlətdir və böyük qalibiyyət əldə edib. Bu qalibiyyətə humanitar kontekstə kölgə salmaq və beləliklə də, informasiya müharibəsində ermənilər və onların havadarlarına əleyhimizə arqumentlər vermək bizim maraqlarımıza zidd idi”.

Deputat bildirib ki, müharibə döyüş meydanında başa çatsa da, diplomatik, informativ və siyasi müstəvidə hələ də davam edir: “Hər kəsə aydındır ki, Birinci Qarabağ savaşında erməni vandalları və terrorçuları bizim dinc sakinlərimizə qarşı əsl terrorçu kimi davranaraq onlara qarşı ən alçaq addımlar atıb, cəmi 10 saat ərzində öz doğma yurdlarından çıxmaları üçün tələb qoymuşdular. Biz bunu əsla unutmadıq və unutmağa da haqqımız yoxdur. İkinici Qarbağ müharibəsində bizə qarşı törədilən bütün cinayətlərin, o cümlədən Kəlbəcərdə törədilən cinayətlərin hamısının qisasını döyüş meydanında artıqlaması ilə almışıq. Düşmənə qan uddurduq. Döyüş meydanında və diplomatiyada elə dərs verdik ki, tarix boyu unudulmayacaq. Hazırda siyasi, diplomatik müstəvidə müharibə davam etməkdədir. Azərbaycan diplomatiya tarixinə düşəcək elə strateji qərarlar qəbul edir ki, bu uğurlar təkcə ölkəmizin statusunu deyil, bütövlükdə regionumuzun geostrateji mənzərəsini kardinal şəkildə dəyişir. Bu, bizim tarixi zəfərimiz, tarixi uğurumuz, ermənilərin isə sözün əsl mənasında tarixi məğlubiyyətləridir. Ona görə də hazırda regionda yaratdığımız yeni geosiyasi reallığı düzgün oxumalı, yeni siyasi tablonu bütöv görməyi bacarmalıyıq”.

Son xəbərlər

Orphus sistemi