Deputat: “Azərbaycan beynəlxalq arenada mövqeyi qəbul olunan dövlətə çevrilib”

Deputat: “Azərbaycan beynəlxalq arenada mövqeyi qəbul olunan dövlətə çevrilib” “Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilib. Bu gün Azərbaycan yeni hərbi-siyasi güc mərkəzi, beynəlxalq arenada sözü eşidilən, m
Milli Məclis
24 Dekabr , 2021 12:23
Deputat: “Azərbaycan beynəlxalq arenada mövqeyi qəbul olunan dövlətə çevrilib”
Naqif Həmzəyev

“Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilib. Bu gün Azərbaycan yeni hərbi-siyasi güc mərkəzi, beynəlxalq arenada sözü eşidilən, mövqeyi qəbul olunan dövlət kimi qəbul edilir”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, regionda uzunmüddətli sülhün, əməkdaşlığın və təhlükəsizliyin təmin olunması üçün Azərbaycanın yaratdığı şərait beynəlxalq təşkilatlar tərəfindən də razılıqla qarşılanır: “Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı. “Dəmir yumruq” əməliyyatı Azərbaycanın şanlı qələbəsi ilə başa çatdı”.

Deputat xatırladıb ki, 2020-ci il dekabrın 10-da Azərbaycanın Vətən müharibəsində möhtəşəm qələbəsinə həsr olunan Zəfər paradı dosta qürur, düşmənə göz dağı oldu: "Ölkə başçısı İlham Əliyev siyasətinin, liderliyinin nəticəsində Azərbaycan İkinci Qarabağ müharibəsindəki şanlı zəfəri ilə Cənubi Qafqazda yeni reallıqlar yaratdı, beynəlxalq münasibətlər sistemindəki yerini və rolunu daha da gücləndirdi, ölkəmizə olan marağı artırdı. Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra isə Azərbaycan Avrasiya məkanında yeni nəqliyyat arteriyası yaratmış olacaq. Türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək. Xəzər və Aralıq dənizi hövzələrinin, Cənub-Şərqi və Mərkəzi Asiya ilə Avropanın əlaqələndirilməsi bölgənin və eləcə də türkdilli ölkələrin iqtisadiyyatına təsir göstərəcək”.

Son xəbərlər

Orphus sistemi