Dənizdə yerləşən stasionar platformaların təhlükəsizliyinə təhdid yaradan əməllərə görə yeni cəzalar tətbiq ediləcək

Dənizdə yerləşən stasionar platformaların təhlükəsizliyinə təhdid yaradan əməllərə görə yeni cəzalar tətbiq ediləcək Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycanda dənizdə yerləşən stasionar platformaların təhlükəsizliyinə təhdid yaradan əməllərlə bağlı cəzalar müəyyən edilib.
Milli Məclis
9 Oktyabr , 2018 14:01
Dənizdə yerləşən stasionar platformaların təhlükəsizliyinə təhdid yaradan əməllərə görə yeni cəzalar tətbiq ediləcək
0 : 00
0 : 00

Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycanda dənizdə yerləşən stasionar platformaların təhlükəsizliyinə təhdid yaradan əməllərlə bağlı cəzalar müəyyən edilib.

“Report”un xəbərinə görə, bununla bağlı Cinayət Məcəlləsinə yeni maddə əlavə edilir.

Məcəlləyə əlavə edilən 219-2 (Dənizdə yerləşən stasionar platformaların təhlükəsizliyinə təhdid yaradan əməllər) maddəsinə əsasən, stasionar platformanın məhv edilməsinə və ya təhlükəsizliyinə təhdid yaradan dərəcədə zədələnməsinə səbəb ola bilən qurğu və ya maddəni stasionar platformada qəsdən qanunsuz olaraq yerləşdirmə yaxud belə qurğu və ya maddənin stasionar platformada yerləşdirilməsi məqsədilə qəsdən qanunsuz olaraq digər hərəkətlər etməyə görə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qəsdən qanunsuz olaraq stasionar platformanı məhvetmə və ya onun təhlükəsizliyinə təhdid yaradan dərəcədə zədələnməsinə səbəb olan zərər yetirməyə görə 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Stasionar platformanı zor tətbiq etməklə, zor tətbiq etmək hədəsi ilə və ya hər hansı digər hədə-qorxu yolu ilə qəsdən qanunsuz olaraq ələ keçirmə və ya nəzarətdə saxlamaya görə 8 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qeyd olunub ki, bu maddədə “Stasionar platforma” dedikdə təbii sərvətlərin kəşfiyyatı və ya işlənməsi, yaxud digər iqtisadi məqsədlər üçün dənizin dibində daimi olaraq bərkidilmiş süni ada, tikili və ya qurğu başa düşülür.

Layihə yaxın günlərdə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi