Dəniz ətraf mühitinin təhlükəli miqyaslarda çirklənməsi Azərbaycanın milli təhlükəsizliyinə təhdid hesab olunacaq.
"Report"un əldə etdiyi məlumata görə, bu, "Milli təhlükəsizlik haqqında" qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Belə ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan "Milli təhlükəsizlik haqqında" qanuna dəyişiklik layihəsində müvafiq müddəanın dəqiqləşdirilməsi nəzərdə tutulur. Belə ki, "Dəniz nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1462 nömrəli Fərmanı ilə dəniz nəqliyyatı sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi tapşırılıb.
Sözügedən sahədəki müvafiq normativ hüquqi aktların təkmilləşdirilməsi çərçivəsində "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çerçivə Konvensiyasında dəniz ətraf mühiti" ifadəsinin işlənildiyi nəzərə alınaraq, "Milli təhlükəsizlik haqqında" qanuna dəyişiklik edilməsinə zərurət yaranıb.