Daha 1 seçki məntəqəsində nəticələr ləğv edildi

Daha 1 seçki məntəqəsində nəticələr ləğv edildi Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 10 saylı Binəqədi üçüncü seçki dairəsi ilə bağlı müraciətə baxılıb.
Milli Məclis
438
23 Fevral , 2020 18:20
Daha 1 seçki məntəqəsində nəticələr ləğv edildi

Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 10 saylı Binəqədi üçüncü seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

"Report"un məlumatına görə, məsələ barədə MSK üzvü İlkin Şahbazov xəbər verib.

O bildirib ki, müraciətdə həmin dairə üzrə bir neçə seçki məntəqəsində səsvermə prosesinin pozulduğu iddia edilib.

MSK üzvü əlavə edib ki, araşdırmalar zamanı qeyd olunan hallar yalnız 16 saylı seçki məntəqəsində öz əksini tapıb. İ.Şahbazov həmin seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv olunmasını təklif edib. 

Təklif səsə qoyularaq qəbul olunub.

Son xəbərlər

Orphus sistemi