Cinsi zorakılığa görə məhkum edilənlərin müəllim işləməsinin qadağan edilməsi ilk oxunuşdan keçib

Cinsi zorakılığa görə məhkum edilənlərin müəllim işləməsinin qadağan edilməsi ilk oxunuşdan keçib Azərbaycanda cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəklər.
Milli Məclis
24 Oktyabr , 2023 12:35
Cinsi zorakılığa görə məhkum edilənlərin müəllim işləməsinin qadağan edilməsi ilk oxunuşdan keçib

Milli Məclis Azərbaycanda cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslərin pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmasını nəzərdə tutan layihəni ilk oxunuşda qəbul edib.

"Report"un xəbərinə görə, parlamentin oktyabrın 24-də keçirilən plenar iclasında “Ümumi təhsil haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Dəyişikliklə qanunun 27.2.5-ci maddəsinə “və ya” sözlərindən sonra “cinsi” sözü əlavə olunur. Təklif olunan dəyişiklikdən sonra isə cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəklər.

Qanunun hazırkı bəndində isə qeyd edilib ki, uşaqlara qarşı cinsi istismar və ya zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər.

Müzakirələrdən sonra dəyişiklik layihəsi I oxunuşda təsdiqlənib.

Son xəbərlər

Orphus sistemi