Cinayət Məcəlləsinə mədəni soyqırımı maddəsinin əlavə edilməsi təklif olunub

Cinayət Məcəlləsinə mədəni soyqırımı maddəsinin əlavə edilməsi təklif olunub Azərbaycanın Cinayət Məcəlləsinə dəyişiklik edilməsi təklif olunub.
Milli Məclis
15 Oktyabr , 2021 11:36
Cinayət Məcəlləsinə mədəni soyqırımı maddəsinin əlavə edilməsi təklif olunub

Azərbaycanın Cinayət Məcəlləsinə dəyişiklik edilməsi təklif olunub.

“Report”un xəbərinə görə, bu təkliflə Milli Məclisin deputatı Nizami Səfərov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

Onun sözlərinə görə, Xocalı soyqırımının 30 illiyi ərəfəsində Azərbaycanın Cinayət Məcəlləsində nəzərdə tutulan 103-cü maddəyə mədəni soyqırımı təşkil edən əməllərin daxil edilməsi tarixi zərurətdən doğan fundamental hüquqi addım olar: “Belə bir qanun layihəsi ən qısa zamanda müzakirəyə təqdim edilə bilər”.

Son xəbərlər

Orphus sistemi