Cəzadan şərti azad edilmiş şəxslərin vəzifələrini yerinə yetirmələri ilə bağlı müddətdə dəyişiklik edilir

Cəzadan şərti azad edilmiş şəxslərin vəzifələrini yerinə yetirmələri ilə bağlı müddətdə dəyişiklik edilir Cəzaların İcrası Məcəlləsinə dəyişik olunur
Milli Məclis
15 Noyabr , 2017 13:55
Cəzadan şərti azad edilmiş şəxslərin vəzifələrini yerinə yetirmələri ilə bağlı müddətdə dəyişiklik edilir

Bakı. 15 noyabr. REPORT.AZ/ Cəzadan şərti azad edilmiş şəxslərin vəzifələrini yerinə yetirmələri ilə bağlı müddətdə dəyişiklik edilir.

“Report”un xəbərinə görə, bununla bağlı Cəzaların İcrası Məcəlləsinin 178-ci maddəsinin (Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə nəzarət) 2-ci (Otuz gündən artıq müddətdə olduğu yer müəyyən edilməyən şəxs ona həvalə edilmiş vəzifələri yerinə yetirməkdən qərəzli boyun qaçırmış hesab edilir) bəndində nəzərdə tutulan müddət 10 günə endirilir.

Bundan başqa, bənddəki “edilməyən” sözündən sonra “və ya elektron nəzarət vasitəsini gəzdirməkdən imtina edən onun işinə işlək vəziyyətdə saxlanılması üçün ona xidmət göstərməyən, elektron nəzarət vasitəsini zədələyən digər üsulla yararsız vəziyyətə salan” sözləri əlavə edilib.

Son xəbərlər

Orphus sistemi