Bu il Azərbaycanda 193 min şəxsin əlillik müddəti bitib, 45 mininə yenidən təyin olunub

Bu il Azərbaycanda 193 min şəxsin əlillik müddəti bitib, 45 mininə yenidən təyin olunub "Bu il qanunvericiliklə 5 illik müddəti bitən 193 min insan var. Onların heç birinin əlilliyi isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən saxlanılmayıb".
Milli Məclis
10 Noyabr , 2021 16:21
Bu il Azərbaycanda 193 min şəxsin əlillik müddəti bitib, 45 mininə yenidən təyin olunub

"Bu il 193 min insanın 5 illik əlillik müddəti bitir. Onların heç birinin əlilliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən saxlanılmayıb. Bu, qanunvericiliklə tənzimlənən məsələdir".

"Report"un xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

"Bu vətəndaşların əlillik müddəti bitdiyindən, onlar aidiyyəti üzrə müraciət edərək müvafiq yoxlamalardan keçib təkrar əlilliklərinin uzadılmasını təmin edə bilərlər. Artıq 45 min təyinat da olub", - nazir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi