Aqiyə Naxçıvanlı: “Boşanmaların əsas səbəbləri məcburi evlilik, erkən nikah, məişət zorakılığı, kənar müdaxilələrdir”

Aqiyə Naxçıvanlı: “Boşanmaların əsas səbəbləri məcburi evlilik, erkən nikah, məişət zorakılığı, kənar müdaxilələrdir” Bakı. 7 fevral. REPORT.AZ/ “Şəxsiyyətin yetişməsində ailənin rolu böyükdür. Əsas dəyərlər ailədə formalaşır. Ailə kiçik bir dövlətdir, öz qanunları var. Gənclərə sağlam həyat tərzi təbliğ olunmalıdır, onlar vətənpərvər ruhda olmalıdırlar”.
Milli Məclis
7 Fevral , 2019 11:45
Aqiyə Naxçıvanlı: “Boşanmaların əsas səbəbləri məcburi evlilik, erkən nikah, məişət zorakılığı, kənar müdaxilələrdir”
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı / Report

Bakı. 7 fevral. REPORT.AZ/ “Şəxsiyyətin yetişməsində ailənin rolu böyükdür. Əsas dəyərlər ailədə formalaşır. Ailə kiçik bir dövlətdir, öz qanunları var. Gənclərə sağlam həyat tərzi təbliğ olunmalıdır, onlar vətənpərvər ruhda olmalıdırlar”.

“Report” xəbər verir ki, bunu Bakıda “Gənclər və ailə: ənənə və müasir baxış” mövzusunda keçirilən konfransda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.

O bildirib ki, ailə ilə bağlı qanunvericilik bazası mükəmməldir. 

Deputat qeyd edib ki, 2018-ci ildə 13 651 boşanma olub: “Bu hal təəssüfləndiricidir. Əvvəl əsas səbəb sonsuzluq idi. İndi isə uşaqlı ailələrin boşanma sayı da artıb. Boşananların 71 faizi biruşaqlı ailələrdir. Bu, milli-mənəvi dəyərlərə uyğun deyil. Sevgi, səmimiyyət uzaqlaşır, evliliyə oyun kimi baxırlar. Toy edirlər, oynayırlar, bir-birlərinə acıq verirlər, sonra bəylə gəlini Limuzinlə yola salırlar. Daha sonra da Maldiv adalarında dincəlməyə gedirlər. Bir aydan sonra ailə yoxdur, mülk davası başlayır. Rəhbərlik etdiyim komitəyə müraciətlərin əksəriyyəti mülk və alimentlə bağlıdır. Bu müraciətləri gənclər özləri deyil, valideynləri edirlər. Biz bu məsələlərdə diqqətli olmalıyıq. Boşanmaların bir çox səbəbləri var. Buraya məcburi evlilik, erkən nikah, məişət zorakılığı, kənar müdaxilələr daxildir”.

Son xəbərlər

Orphus sistemi