BMT-nin Əhali Fondu: "Azərbaycan ana ölümlərinin sayının xeyli azalması müsbət irəliləyişdir"

BMT-nin Əhali Fondu: "Azərbaycan ana ölümlərinin sayının xeyli azalması müsbət irəliləyişdir" "Dövlət Statistika Komitəsinin göstəricilərinə əsasən, Azərbaycanda ana ölümü əmsalı xeyli azalıb. Bu da müsbət irəliləyişdir".
Milli Məclis
27 Oktyabr , 2023 12:52
BMT-nin Əhali Fondu: Azərbaycan ana ölümlərinin sayının xeyli azalması müsbət irəliləyişdir

"Dövlət Statistika Komitəsinin göstəricilərinə əsasən, Azərbaycanda ana ölümü əmsalı xeyli azalıb. Bu da müsbət irəliləyişdir".

“Report”un xəbərinə görə, bu fikirləri BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün əmsal 100 min diri doğuşlara 15 ana ölümü deməkdir: "Rəsmi statistikaya görə, abortların sayı da yüksəkdir. Biz Gürcüstanda uşaqlıq boynu xərçəngi ilə mübarizə mövzusunda konfransa qatıldıq. Araşdırmalara görə, Azərbaycan regionda yeganə ölkədir ki, uşaqlıq boynu xərçənginin müalicəsi dövlət səviyyəsində aparılmır. Əgər 2008-2009-cu illərdə Azərbaycanda Milli Ailə Planlaması proqramı qəbul olunsaydı, onda 16,5 olan ana ölümü indi 9,8 ola bilərdi".

Son xəbərlər

Orphus sistemi