Baytarlıq və fitosanitar sahədə ödənilən dövlət rüsumlarının 50 faizi işçilərin sosial müdafiəsinin gücləndirilməsinə sərf ediləcək

Baytarlıq və fitosanitar sahədə ödənilən dövlət rüsumlarının 50 faizi işçilərin sosial müdafiəsinin gücləndirilməsinə sərf ediləcək Bakı. 12 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında Dövlət rüsumu haqqında qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Milli Məclis
12 Oktyabr , 2018 16:15
Baytarlıq və fitosanitar sahədə ödənilən dövlət rüsumlarının 50 faizi işçilərin sosial müdafiəsinin gücləndirilməsinə sərf ediləcək
0 : 00
0 : 00

Bakı. 12 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, qanunun 4-cü (Dövlət rüsumunun hesablanması və ödənilməsi qaydaları) maddəsinin 1-2 bəndi yeni redaksiyada verilib: “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən baytarlıq, fitosanitar və qida təhlükəsizliyi sahəsində göstərilən xidmətlərə (hüquqi hərəkətlərə) görə ödənilən dövlət rüsumlarının 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xəzinə hesabına köçürülür, qalan hissəsi isə dövlət büdcəsinə ödənilir”.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi