Barəsində araşdırma aparılan deputatın vəzifələri müəyyənləşib

Barəsində araşdırma aparılan deputatın vəzifələri müəyyənləşib Barəsində araşdırma aparılan deputatın vəzifələri məlum olub.
Milli Məclis
1676
16 Sentyabr , 2020 13:27
Barəsində araşdırma aparılan deputatın vəzifələri müəyyənləşib
0 : 00
0 : 00

Azərbaycanda barəsində araşdırma aparılan deputatın vəzifələri açıqlanıb.

“Report” xəbər verir ki, bu barədə Milli Məclisin İntizam komissiyasının Əsasnamə layihəsində qeyd edilib.

Qeyd edilib ki, barəsində araşdırma aparılan deputatın vəzifələri aşağıdakılardır:

- İntizam komissiyasının çağırışı ilə gəlmək;

- İntizam komissiyasının üzvlərinin suallarını cavablandırmaq;

- Müvafiq sahədə “Milli Məclisin deputatının statusu haqqında”, “Milli Məclis deputatının etik davranış qaydaları haqqında”, Daxili Nizamnamədə və bu əsasnamədə göstərilən digər vəzifələri yerinə yetirmək;

- Barəsində araşdırma aparılan deputatın İntizam komissiyasının və komissiyada baxılan məsələlərlə əlaqədar keçirilən Milli Məclisin iclasında iştirakı mümkün olmadıqda məsələyə onun iştirakı olmadan baxılır;

- Etik davranış qaydalarını ilk dəfə pozan deputat yol verdiyi pozuntunu etiraf etdikdə, səmimi peşmanlıq və bu barədə yazılı üzrxahlıq təqdim etdikdə məsuliyyətə cəlb olunmaya bilər.

 

Orphus sistemi