Bakı Apellyasiya Məhkəməsinə 12 hakim təyin edilir.
"Report"un xəbərinə görə, bununla bağlı "Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişiklik təklif olunur.
Dəyişikliklə aşağıdakı şəxslər Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilir:
- Allahverdiyev Elbəy Hidayət oğlu - Bakı Hərbi Məhkəməsinin hakimi;
- Hüseynov Pərviz Aktiv oğlu - Bakı İnzibati Məhkəməsinin hakimi;
- Qasımov Fərrux Hüseynağa oğlu - Bakı Kommersiya Məhkəməsinin hakimi;
- Abdıyev Fuad Vilayət oğlu - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi;
- Rüstəmli Məhəmməd Əli oğlu - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi;
- Bəhrəmzadə Sabit Xanlar oğlu - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi;
- Musayeva Cəmilə Ceyhun qızı - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi;
- Səmədov Rəşid Əfraim oğlu - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi;
- İbrahimov Anar Firdovsi oğlu - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi;
- Axundova Günay Təyar qızı - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi;
- Əyyubov Fərid İlham oğlu - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi;
Hakimlik səlahiyyətinin müddəti 2023-cü il yanvarın 2-də başa çatan İlham Məmməd oğlu Cəfərov da həmin tarixdən Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək.
Qanuna dəyişiklik layihələri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra layihə parlamentin plenar iclasına tövsiyə olunub.