Azərbaycanlı deputatlar Türk Dünyası Beynəlxalq Novruz Festivalında iştirak edəcəklər

Azərbaycanlı deputatlar Türk Dünyası Beynəlxalq Novruz Festivalında iştirak edəcəklər Azərbaycanlı deputatlar Türk Dünyası Beynəlxalq Novruz Festivalında iştirak edəcəklər.
Milli Məclis
18 mart 2025 12:46
Azərbaycanlı deputatlar Türk Dünyası Beynəlxalq Novruz Festivalında iştirak edəcəklər

Azərbaycanlı deputatlar Türk Dünyası Beynəlxalq Novruz Festivalında iştirak edəcəklər.

"Report"un məlumatına görə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin və Şimali Kipr Türk Cümhuriyyəti ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyevin martın 19-da Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTR) Nikosiya şəhərinə səfəri nəzərdə tutulub.

Deputatlar burada Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə keçiriləcək “Türk Dünyası Beynəlxalq Novruz Festivalı” adlı silsilə tədbirlərdə iştirak edəcəklər. Silsilə tədbirlərdə iştirak edəcək türk dövlətlərindən olan qonaqlar və ŞKTR-də təhsil alan əcnəbi tələbələr xalqın qədim adət-ənənələri ilə tanış olacaqlar.

Səfər martın 23-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi