Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən ticarət nümayəndələrinə dövlət qulluqçusu statusu verilir

Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən ticarət nümayəndələrinə dövlət qulluqçusu statusu verilir Bununla bağlı “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilir
Milli Məclis
7 Dekabr , 2017 17:11
Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən ticarət nümayəndələrinə dövlət qulluqçusu statusu verilir

Bakı. 7 dekabr. REPORT.AZ/ Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinə dövlət qulluqçusu statusu verilir.

“Report”un xəbərinə görə, bununla bağlı “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilir.

Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrində fəaliyyət göstərən şəxslər bu statusu alacaqlar. Bu şəxslərin dövlət məvacibi (əməkhaqqı), tibbi sığorta, nəqliyyat xərcləri, yaşayış sahəsinin icarə xərcləri, məktəbyaşlı ailə üzvlərinin təhsil haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu qanunun dövlət qulluqçularına aid edilən digər təminatlarla bağlı müddəaları Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə də şamil ediləcək.

Layihə Milli Məclisdə müzakirəyə çıxarılaraq plenar iclasa tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi