Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin iclası keçirilib

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin iclası keçirilib Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin iclası keçirilib.
Milli Məclis
902
4 Sentyabr , 2020 11:58
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin iclası keçirilib

Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin iclası keçirilib.

Bu barədə “Report”a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib.

Onun sözlərinə görə, iclasda AŞPA-nın bu ay keçiriləcək komitə iclaslarının və Daimi komitənin gündəlikləri ətrafında geniş fikir mübadiləsi aparılıb:

“Gələn həftədən etibarən AŞPA-nın bütün komitələrinin iclası keçiriləcək. Sentyabrın 15-də isə Daimi komitənin iclası baş tutacaq. Bu iclas canlı şəkildə keçirilməli idi. Ancaq pandemiya yenə də iclasın keçirilməsi qaydasına dəyişiklik gətirib. Qərara alınıb ki, AŞPA-nın sentyabr iclasları onlayn qaydada keçirilsin. Oktyabr sessiyası ilə bağlı qərar isə hələ qəbul edilməyib. Böyük ehtimalla oktyabr sessiyası onlayn qaydada baş tutacaq və ya tarixi dəyişdiriləcək. Ancaq buna baxmayaraq nümayəndə heyətimiz iclaslara qatılmaqla bağlı bütün hazırlıq mərhələlərindən keçib”.

Orphus sistemi