Azərbaycanda yer və şəxs adlarının qoyulmasına məhdudiyyətin götürülməsi təklif olunur

Azərbaycanda yer və şəxs adlarının qoyulmasına məhdudiyyətin götürülməsi təklif olunur Azərbaycanda yer və şəxs adlarının qoyulmasına məhdudiyyətin götürülməsi təklif olunur.
Milli Məclis
16 Yanvar , 2024 12:39
Azərbaycanda yer və şəxs adlarının qoyulmasına məhdudiyyətin götürülməsi təklif olunur

Azərbaycanda yer və şəxs adlarının qoyulmasına məhdudiyyətin götürülməsi təklif olunur.

“Report” xəbər verir ki, bu təkliflə Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Nizami Cəfərov çıxış edib.

Onun sözlərinə görə, mütəxəssislərin iştirakı ilə yer adlarının qoyulması prinsipləri və üsulları müzakirə edilməlidir: “Çünki bu məsələdə pərakəndəlik olmamalıdır. Bu sahədə yaxşı mütəxəssislərimiz və təcrübəmiz var. Yəni birinci hansı ad qoyulmalıdır, sonra hansı ad gələ bilər məsələsi vacibdir. Çünki yer və şəxs adlarında imkanlarımız ola-ola özümüzü məhdudlaşdırıb eyni adları qoyuruq. Yaxud parıltılı adlar qoyub tarixidi unuduruq. Misal olaraq, Ermənistanda olan yer adları ilə bağlı yaxşı mütəxəssislərimiz var. Bizim də bu sahədə təsəvvürlərimiz aydın olsun”.

MM-in Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə deputatın çıxışına cavabında qeyd edib ki, Toponomiya Komissiyası bir kəndin adının “Şəfəq” olmasını təklif edib: “Heç “Şəfəq”in yeridir?! Bununla bağlı məsələ bizə hələ daxil olmayıb. Daxil olanda baxacağıq, bu adın mənbəyi haradan gəlir”.

Son xəbərlər

Orphus sistemi