Azərbaycanda yeni tipli təhsil müəssisələri yaradılır

Azərbaycanda yeni tipli təhsil müəssisələri yaradılır Azərbaycanda yeni tipli təhsil müəssisələrinin yaradılması təklif edilir.
Milli Məclis
7 Sentyabr , 2020 16:31
Azərbaycanda yeni tipli təhsil müəssisələri yaradılır

Azərbaycanda yeni tipli təhsil müəssisələrinin yaradılması təklif edilir.

“Report”un xəbərinə görə, bununla bağlı “Təhsil haqqında” qanunun 14-cü maddəsinə (Təhsil müəssisəsi) dəyişiklik olunacaq.

Dəyişikliklə valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəbləri, inteqrasiya təlimli ümumi təhsil müəssisələri, inteqrasiya təlimli internat tipli təhsil müəssisələri, inteqrasiya təlimli internat tipli gimnaziyalar təhsil müəssisələrinin tipləri və növləri siyahısına daxil edilir.

Qeyd edək ki, hazırkı qanunvericiliyə əsasən, Təhsil müəssisəsinin aşağıdakı tipləri və növləri müəyyən edilib:

Ümumi təhsil müəssisələri (ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri inteqrasiya təlimli internat tipli təhsil müəssisələri, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər və digər müəssisələr).

Son xəbərlər

Orphus sistemi