Azərbaycanda “Xilaskar” ordeninin təsis edilməsi təklif olunur
Milli Məclis
- 20 noyabr, 2020
- 09:07
Azərbaycanda “Xilaskar” ordeninin təsis edilməsi təklif olunur.
“Report” xəbər verir ki, bu təkliflə parlamentin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı çıxış edib.
O bildirib ki, həmin orden Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə təqdim olunsun.
Digər deputatlar da F.Ağamalının təklifini dəstəkləyiblər.
Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri çox böyükdür: “Düşünürəm ki, sizin bildirdiyiniz bu məsələ ayrı bir iclasın mövzusu ola bilər".
Deputat Siyavuş Novruzov isə bildirib ki, “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adının əsasnaməsində bu adın ilk olaraq Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə verilməsi qeyd edilsin.
Son xəbərlər
21:55
Icrammer: Daha sürətli öyrən, daha yüksək bal al!
Elm və təhsil21:52
Tramp İranla sazişin yaxın iki gündə bağlanacağını güman edir
Digər ölkələr21:32
Premyer Liqa: "Neftçi" "Zirə" ilə heç-heçə edib
Futbol21:13
Azərbaycan Basketbol Liqası: "Sabah" yarımfinala vəsiqə qazanıb
Komanda21:03
Foto
Antalyada İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilib - YENİLƏNİB
Xarici siyasət20:59
Yunanıstan-Azərbaycan Hökumətlərarası Komissiyanın növbəti iclası oktyabrda Afinada keçiriləcək
Xarici siyasət20:26
Soheyl Mahmud: Azərbaycan "D-8"in strateji baxışına əhəmiyyətli töhfə verməkdə qətiyyətlidir
Xarici siyasət20:20
Tramp: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Digər ölkələr20:11