Azərbaycanda tütün istehsalçılarına xeyriyyəçiliklə məşğul olmaqla bağlı qoyulan qadağa götürülür

Azərbaycanda tütün istehsalçılarına xeyriyyəçiliklə məşğul olmaqla bağlı qoyulan qadağa götürülür Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycanda tütün istehsalçıları xeyriyyəçiliklə məşğul ola biləcəklər.
Milli Məclis
24 Noyabr , 2017 15:56
Azərbaycanda tütün istehsalçılarına xeyriyyəçiliklə məşğul olmaqla bağlı qoyulan qadağa götürülür

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycanda tütün istehsalçıları xeyriyyəçiliklə məşğul ola biləcəklər.

“Report” xəbər verir ki, bununla bağlı Milli Məclisdə hazırlanan "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsində düzəlişlər edilib.
Belə ki, Milli Məclisdə ikinci oxunuşda qəbul edilən qanun layihəsində “sponsorluq” və “xeyriyyəçilik” anlayışları eyniləşdirilirdi.
Parlamentdə üçüncü oxunuşa hazırlanan qanun layihəsinə bununla bağlı düzəlişlər edilib. Belə ki, tütün şirkətlərinin əvəzsiz xeyriyyəçilik fəaliyyətinə məhdudiyyət qoyulmayacaq.

Son xəbərlər

Orphus sistemi