Azərbaycanda torpaqların bütün növ tullantılarla çirkləndirilməsinə görə cərimə tətbiq olunacaq.
"Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
Əgər hazırda torpaqların yalnız istehsalat və məişət tullantıları ilə çirkləndirilməsinə görə cərimələr nəzərdə tutulursa, təklif olunan dəyişikliklə bütün növ tullantılarla çirkləndirməyə, o cümlədən, kimyəvi, çirkab suları ilə çirkləndirməyə, bakterial-parazitik və zərərli karantin orqanizmləri ilə yoluxdurmaya görə fiziki şəxslər 500-800 manat, vəzifəli şəxslər 2 000- 2500 manat, hüquqi şəxslər isə 7 500 - 10 000 manat cərimə ödəməli olacaqlar.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.