Azərbaycanda torpaqların bütün növ tullantılarla çirkləndirilməsinə görə cərimə tətbiq ediləcək

Azərbaycanda torpaqların bütün növ tullantılarla çirkləndirilməsinə görə cərimə tətbiq ediləcək Azərbaycanda torpaqların bütün növ tullantılarla çirkləndirilməsinə görə cərimə tətbiq olunacaq.
Milli Məclis
24 İyun , 2023 11:15
Azərbaycanda torpaqların bütün növ tullantılarla çirkləndirilməsinə görə cərimə tətbiq ediləcək

Azərbaycanda torpaqların bütün növ tullantılarla çirkləndirilməsinə görə cərimə tətbiq olunacaq.

"Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Əgər hazırda torpaqların yalnız istehsalat və məişət tullantıları ilə çirkləndirilməsinə görə cərimələr nəzərdə tutulursa, təklif olunan dəyişikliklə bütün növ tullantılarla çirkləndirməyə, o cümlədən, kimyəvi, çirkab suları ilə çirkləndirməyə, bakterial-parazitik və zərərli karantin orqanizmləri ilə yoluxdurmaya görə fiziki şəxslər 500-800 manat, vəzifəli şəxslər 2 000- 2500 manat, hüquqi şəxslər isə 7 500 - 10 000 manat cərimə ödəməli olacaqlar.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi