Azərbaycanda tikinti obyektlərinin sökülməsi qaydasına dəyişiklik edilir
Milli Məclis
- 07 aprel, 2023
- 09:09
Azərbaycanda tikinti obyektlərinin sökülməsi qaydasına dəyişiklik edilir.
"Report" xəbər verir ki, bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Məcəlləyə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda, tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda tikintisi başa çatmış və yaxud çatmamış tikinti obyekti söküləcək.
Hazırda qüvvədə olan Məcəlləyə görə sözügedən müddətlər müvafiq olaraq 1 il və 2 ildir.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Son xəbərlər
10:03
"Mərkəzi Azəri" platformasından hasil edilən neftin həcmi açıqlanıb
Energetika10:02
Anar Əliyev Qobustanda vətəndaşları qəbul edəcək
Daxili siyasət10:01
Foto
WUF13-lə bağlı vahid əməliyyat koordinasiya mexanizmi işə salınacaq
İnfrastruktur09:53
XXV Qış Olimpiya Oyunları: Azərbaycan təmsilçisi bu gün mübarizəyə qoşulur
Fərdi09:48
Fərid Şəfiyev: Azərbaycan xarici siyasətini bağlılıq və şaxələndirməyə əsaslanaraq həyata keçirir
Xarici siyasət09:46
Apellyasiya Komitəsi şahmat üzrə Azərbaycan çempionatında keçirilmiş partiyanın nəticəsini dəyişib
Fərdi09:41
Gömrük xərcləri artsa da "Li Auto" qiymətləri sabit saxlayır
Biznes09:40
Video
Baku TV 8 yaşını qeyd edir
Media09:39