Azərbaycanda siqaret çəkilməsinə yerin ayrılıb-ayrılmaması iş yeri sahiblərinin ixtiyarına buraxılacaq

Azərbaycanda siqaret çəkilməsinə yerin ayrılıb-ayrılmaması iş yeri sahiblərinin ixtiyarına buraxılacaq Qanun layihəsində dəyişiklik edilib
Milli Məclis
24 Noyabr , 2017 15:29
Azərbaycanda siqaret çəkilməsinə yerin ayrılıb-ayrılmaması iş yeri sahiblərinin ixtiyarına buraxılacaq

Bakı. 24 noyabr. REPORT.AZ/ "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinə düzəlişlər edilir. 

“Report”un xəbərinə görə, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında bildirilib.

Qeyd olunub ki, ikinci oxunuşda müzakirə olunan qanun layihəsində siqaret çəkənlər üçün işəgötürənlərdən yerin ayrılması nəzərdə tutulurdu. Lakin layihə Milli Məclisdə 3-cü oxunuşda müzakirə olunmaq üçün hazırlananda sənəddə dəyişiklik edilib. Belə ki, təşkilatı-hüquqi formasından asılı olmayaraq xüsusi yerlərin ayrılması iş yeri sahiblərinin ixtiyarına buraxılacaq. Yəni bu şəraiti yarada da, yaratmaya da bilərlər.

Son xəbərlər

Orphus sistemi