“Qarşıdan büdcə müzakirələri gəlir. Hesab edirəm ki, biz səhiyyə xərclərini artırmalıyıq”.
“Report”un xəbərinə görə, bu fikirləri Milli Məclisin Əmək və sosial siaysət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan səhiyyəsinin üzərinə çox böyük iş düşür: “Fikrimcə, tibbi sığortadan heç zaman vaz keçməməliyik”.