Azərbaycanda qeyri-formal məşğuluğa nəzarət etmək üçün vahid elektron informasiya ehtiyatı yaradılır

Azərbaycanda qeyri-formal məşğuluğa nəzarət etmək üçün vahid elektron informasiya ehtiyatı yaradılır Bakı. 30 may. REPORT.AZ/ Azərbaycanda qeyri-formal məşğuluğa nəzarət etmək üçün vahid elektron informasiya ehtiyatının yaradılması təklif edilir.
Milli Məclis
30 May , 2018 15:19
Azərbaycanda qeyri-formal məşğuluğa nəzarət etmək üçün vahid elektron informasiya ehtiyatı yaradılır
Report
0 : 00
0 : 00

Bakı. 30 may. REPORT.AZ/ Azərbaycanda qeyri-formal məşğuluğa nəzarət etmək üçün vahid elektron informasiya ehtiyatının yaradılması təklif edilir.

“Report”un xəbərinə görə, bununla bağlı yeni hazırlanan “Məşğulluq haqqında” qanun layihəsinə yeni maddə əlavə edilir.

Əlavə edilən 31-ci (“Qeyri-formal məşğulluğa nəzarət”in vahid elektron informasiya ehtiyatı) maddəyə əsasən, qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması məqsədilə əmək ehtiyatları ilə bağlı informasiya ehtiyatlarının, eləcə də qeyri-formal məşğulluğu müəyyən etməyə imkan verən digər informasiya sistemlərinin və ehtiyatlarının əmək müqaviləsi bildirişi üzrə elektron infiormasiya sisteminə inteqrasiyası əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Qeyri-formal məşğulluğa nəzarət”in vahid elektron informasiya ehtiyatı yaradılır. 

“Qeyri-formal məşğulluğa nəzarət”in vahid elektron informasiya ehtiyatının inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Qeyri-formal məşğulluğun qarşısının alınmasına dair preventiv tədbirlər görülməsi və risk qiymətləndirilməsi sisteminin müvafiq icra hakimiyyəti orqanları tərəfindən tətbiqi “Qeyri-formal məşğulluğa nəzarət”in vahid elektron informasiya ehtiyatı vasitəsilə həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi