Azərbaycanda məhkəmə proseslərini onlayn rejimdə müşahidə etmək mümkün olacaq

Azərbaycanda məhkəmə proseslərini onlayn rejimdə müşahidə etmək mümkün olacaq Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycanda məhkəmə proseslərinin onlayn rejimdə də müşahidə edilməsi imkanı yaradılacaq.
Milli Məclis
24 Dekabr , 2018 17:31
Azərbaycanda məhkəmə proseslərini onlayn rejimdə müşahidə etmək mümkün olacaq
0 : 00
0 : 00

Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycanda məhkəmə proseslərinin onlayn rejimdə də müşahidə edilməsi imkanı yaradılacaq.

“Report” xəbər verir ki, bununla bağlı Mülki Prossesual Məcəlləyə dəyişiklik edilir.

Məcəllənin 176-cı (Məhkəmə iclasında qayda) maddəsinin 5-ci bəndinə əsasən, işdə iştirak edən şəxslərin və açıq məhkəmə iclasında olan şəxslərin məhkəmə iclası zalında əyləşdikləri yerdən məhkəmə baxışının gedişini yazılı formada, həmçinin məhkəmənin icazəsi ilə kompüterdən istifadə etməklə istifadə etməklə qeydə almaq hüququ var. Məhkəmə iclasında qeydlərin səsyazan vasitələrdən istifadə etməklə aparılmasına, habelə kino və fotoçəkilişə, videoyazıya, canlı yayıma (o cümlədən, mobil rabitə vasitələri ilə) işdə iştirak edən şəxslərin rəyi nəzərə alınmaqla məhkəmənin icazəsi ilə yol verilir. Göstərilən hərəkətlər məhkəmə baxışının normal gedişinə mane olmamalıdır və vaxtla məhdudlaşdırıla bilər.

Bəndə edilən əlavədə qeyd olunub ki, məhkəmə iclasının audio, video və digər yazan texniki vasitələrdən istifadə etməklə qeydə alınması və iclasın onlayn rejimdə müşahidə edilməsi imkanı, habelə proses iştirakçılarının iclasa gəlmədən texniki vasitələrdən istifadə olunmaqla iclasda iştirak etmək imkanı “Elektron məhkəmə” informasiya sistemi tərəfindən təmin olunur.

Dəyişiklik layihəsi Milli Məclisin dekabrın 28-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi