Azərbaycanda elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciətlərə ən geci 3 saata baxılacaq

Azərbaycanda elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciətlərə ən geci 3 saata baxılacaq Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycanda elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün edilən müraciətə ən geci 3 saat müddətində baxılacaq.
Milli Məclis
14 Dekabr , 2017 15:47
Azərbaycanda elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciətlərə ən geci 3 saata baxılacaq

Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycanda elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün edilən müraciətə ən geci 3 saat müddətində baxılacaq.

“Report”un xəbərinə görə, bununla bağlı “Turizm haqqında” qanuna dəyişiklik edilir.

Qanunun 7-1-ci (Turizm vizası) maddəsinin 7-1.16-cı bəndinə əsasən, elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 iş günü müddətində baxılır, imtina üçün əsas olmadıqda viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir. Viza verilməsindən imtina edildikdə, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir. Bəndə edilən əlavəyə əsasən, elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə ən geci 3 saat müddətində baxılacaq.

Son xəbərlər

Orphus sistemi