Elektron siqaretlər üçün mayenin hər litrinə 220 manat vergi tutulması barədə layihə qəbul olundu

Elektron siqaretlər üçün mayenin hər litrinə 220 manat vergi tutulması barədə layihə qəbul olundu Azərbaycanda elektron siqaretlər üçün mayenin hər litrinə tətbiq olunan aksiz dərəcələri artırılır.
Milli Məclis
1 Fevral , 2021 16:51
Elektron siqaretlər üçün mayenin hər litrinə 220 manat vergi tutulması barədə layihə qəbul olundu

Azərbaycanda elektron siqaretlər üçün mayenin hər litrinə tətbiq olunan aksiz dərəcələri artırılır.

"Report"un xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə, elektron siqaretlər üçün mayenin hər litrinə tətbiq edilən aksiz dərəcələri 20 manatdan 220 manata qaldırılır.

Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi