​Azərbaycanda deputatlığa namizədlərin seçkiqabağı təşviqatı başlayıb

​Azərbaycanda deputatlığa namizədlərin seçkiqabağı təşviqatı başlayıb Təşviqat prosesi 31 oktyabr saat 08:00-da dayandırılacaq
Milli Məclis
113
9 Oktyabr , 2015 00:00
​Azərbaycanda deputatlığa namizədlərin seçkiqabağı təşviqatı başlayıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ Bu il noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə deputatlığa namizədliyi qeydə alınanların seçkiqabağı təşviqatının aparılmasına başlanılıb.

"Report"un xəbərinə görə, təşviqatı qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi patiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri apara bilərlər.

V çağırış Azərbaycan Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış - 9 oktyabrda başlanır və səsvermənin başlanmasına 24 saat qalmış - 31 oktyabr saat 08:00-da dayandırılır.

Qeyd edək ki, indiyədək 1 233 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi