Azərbaycanda aliment fondunun yaradılması təklif edilir
- 30 sentyabr, 2022
- 07:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Milli Məclisin deputatı Siyavuş Novruzov Azərbaycanda aliment fondunun yaradılmasını təklif edib.
“Report”un məlumatına görə, o, daxil olan müraciətlərin, təxminən, 20 faizinin alimentin verilməməsi ilə bağlı olduğunu bildirib.
S.Novruzov vurğulayıb ki, bununla bağlı ciddi problemlər var: “Bu sahədə beynəlxalq təcrübəyə əsaslanaraq qanunvericiliyimizdə də müəyyən dəyişiklik edilməlidir: "Hesab edirəm ki, ölkədə aliment fondu yaradılmalıdır. Aliment verməyən şəxslərin uşaqlarına ödəmələr dövlət tərəfindən həyata keçirilməlidir. Daha sonra aliment verəcək şəxsin ödəyəcəyi vəsait dövlətin hesabına keçsin. Bu addım ailənin, uşaqların gələcəyi üçün atılmalıdır. Aidiyyəti komitələr qanunvericiliklə ciddi şəkildə məşğul olmalı, vətəndaşın aliment hüququnun tam təmin olunmasına diqqət edilməlidir. Eyni zamanda bununla bağlı məhkəmə işləri yüngülləşdirilməlidir. Çünki insanlar alimenti almaqda problem yaşayanda məcbur qalıb vəkil də tutmalıdır. Əgər həmin şəxsin imkan olsaydı, heç aliment də istəməzdi”.