Azərbaycan və Gürcüstanın parlament sədrləri arasında görüş keçirilib

Azərbaycan və Gürcüstanın parlament sədrləri arasında görüş keçirilib Avstriyanın paytaxtı Vyanada Milli Məclisin sədri Sahibə Qafarova və Gürcüstan parlamentinin sədri Kaxa Kuçava arasında görüş keçirilib.
Milli Məclis
8 Sentyabr , 2021 18:49
Azərbaycan və Gürcüstanın parlament sədrləri arasında görüş keçirilib

Avstriyanın paytaxtı Vyanada Milli Məclisin sədri Sahibə Qafarova və Gürcüstan parlamentinin sədri Kaxa Kuçava arasında görüş keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə K.Kuçava tviter hesabında yazıb.

Spiker azərbaycanlı həmkarı ilə görüşün pozitiv keçdiyini bildirib:

"Azərbaycandan olan həmkarımla pozitiv görüş keçirdim. Biz firavanlıq, regional sülh, sabitlik və təhlükəsizliyin dəstəklənməsi naminə Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinin perspektivlərini müzakirə etdik".

Son xəbərlər

Orphus sistemi