Naqif Həmzəyev: "Azərbaycan və Belarus arasında əməkdaşlıq tam sürətlə inkişaf edir"

Naqif Həmzəyev: "Azərbaycan və Belarus arasında əməkdaşlıq tam sürətlə inkişaf edir" Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev və millət vəkili Naqif Həmzəyev mayın 24-də Belarus Respublikasının Qomel şəhərində keçirilən XVI Qomel İqtisadi Forumunda iştirak ediblər.
Milli Məclis
25 May , 2019 18:24
Naqif Həmzəyev: Azərbaycan və Belarus arasında əməkdaşlıq tam sürətlə inkişaf edir

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev və millət vəkili Naqif Həmzəyev mayın 24-də Belarus Respublikasının Qomel şəhərində keçirilən XVI Qomel İqtisadi Forumunda iştirak ediblər.

"Report"un xəbərinə görə, Belarusun və bir çox ölkələrin işgüzar dairələrinin nümayəndələri iştirak etdiyi Forumda millət vəkili Naqif Həmzəyev çıxış edərək Azərbaycan və Belarusun arasındakı səmimiyyət, etimad, və dostluğa əsaslanan ikitərəfli münasibətlərdəb danışıb.

Millət vəkili bildirib ki, zamanın sınağından keçən Azərbaycan- Belarus əlaqələri ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş etibarlı bünövrəyə söykənir. Məhz belə siyasi iradənin nəticəsidir ki, bu gün Belarus-Azərbaycan münasibətləri son dərəcə sağlam, şəffaf və hər iki tərəfə əməli nəticə gətirən xarakter alıb. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan möhkəm dostluq münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və hər zaman Belarus-Azərbaycan əlaqələri yüksək dəyərləndirilr.

Millət vəkili qeyd edib ki, müstəqilliyimiz qurulundan bəri bu illər ərzində ölkələrimiz arasında normativ baza formalaşıb, konkert layihələr həyata keçirilib,hökumətlər, parlamentlər, işgüzar dairələr arasında ən əlverişli əməkdaşlıq əlaqələri yaradılıb. Belarus və Azərbaycan beynəlxalq arenada yaxın mövqeyə malikdirlər, xalqlarımızın marağına uyğun müstəqil xarici siyasət yürüdürlər.

Naqif Həmzəyev onu da vurğulayıb ki, hər iki ölkə güclü intellektual, təhsil, elmi, iqtisadi, texnoloji və istehsalat potensialına malikdir.Yüksək texnologiyaların hesabına ixrac potensialını artıran Belarus Azərbaycan üçün gözəl örnəkdir. Azərbaycan isə enerji amilini uğurla gerçəkləşdirdiyinə görə qeyri-neft sektorunun inkişafını təmin etməyə başlayıb.

İki ölkə arasında istehsalat və xidmət sahələrində əməkdaşlıq tam sürətlə inkişaf edir, elm adamları arasında uzunmüddətli əlaqələr qurulur. Hər il Belarus və Azərbaycanın incəsənət xadimləri qarşılıqlı qastrol səfərləri edirlər. Hər iki ölkə rəhbərlərinin uğurlu siyasəti nəticəsində siyasi, ticari-iqtisadi, təhsil, mədəni və digər münasibətlərin hazırkı sistemi ikitərəfli strateji tərəfdaşlığın dinamik inkişafını ən yüksək səviyyəyə çatdırıb. 2006-cı ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Belarus Respublikasına səfəri zamanı bağlanmış ikitərəfli müqavilə çərçivəsində “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə Minsk Traktor Zavodu və Minsk Avtomobil Zavodu arasında birgə əməkdaşlığa başlanılıb. Müqaviləyə əsasən Gəncə Avtomobil Zavodunda yeni yığım xətləri quraşdırılıb kənd təsərrüfatının bütün sahələrini əhatə edən traktor və qoşqular istehsal olunub. 2013-cü ildə “Minsk təkərli dartıcılar” zavodu ilə bağlanmış ikitərəfli müqaviləyə əsasən 2014-cü ildən dartıcı avadanlıqların istehsalına başlanılıb.

Gəncə ilə qardaşlaşmış Belarusun Qomel şəhəri arasındakı iqtisadi, ticari, elmi, mədəni əlaqələrə toxunan Naqif Həmzəyev “Qomselmaş”la Gəncə Avtomobil Zavodunun əməkdaşlığı nəticəsində istehsal edilən kombayn və müxtəlif kənd təsərrüfatı texnikalarından danışıb.

Ölkəmizdə aparılan genişmiqyaslı tikinti-quruculuq işlərində, həmçinin kənd təsərrüfatında istifadə edilən maşın və texnikalara olan ehtiyacın ödənilməsində Gəncə Avtomobil Zavodu əhəmiyyətli rol oynadığını bildirən millət vəkili xarici tərəfdaşlarla səmərəli əlaqələr qurulması nəticəsində zavod istehsal olunan maşın və texnikaların çeşidini ildən-ilə artığını qeyd edib.

Əməkdaşlığın davamı olaraq 2019-cu il aprelin 16-da “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi tərəfindən Türkiyənin Kırıkkale bölgəsində inşa edilən “Belarus” markalı traktor istehsalı zavodunun açılış mərasimi olub. Sərmayə dəyəri 17 milyon ABŞ dollar təşkil edən layihə Azərbaycan-Türkiyə İstehsalat Birliyi (ATÜB) tərəfindən idarə olunur. Böyük perspektivi olan bu müəssisənin qurulması Azərbaycan, Türkiyə və Belarus arasında əməkdaşlığın xoş təcəssümüdür.

“Fərəhli haldır ki, Azərbaycan və Belarusun birgə səyi ilə istehsal olunan, keyfiyyətin bütün standartlarına cavab məhsullar rəqabətə davamlılığı ilə Qafqaz regionda, Yaxın Şərq bazarlarında əhəmiyyətli rol oynayır. Hər iki ölkə arasında qarşlıqlı etimadın olmasından irəli gələn münasibətlər gələcəkdə də inkişaf edəcək, əməkdaşlığın istiqamətləri daha da genişlənəcək”, - millət vəkili qeyd edib.

Son xəbərlər

Orphus sistemi