“Bu yaxınlarda yayılan videolarda da görünür ki, erməni təxribatı artmaqdadır. Azərbaycan zabiti, əsgəri elə hərəkətlər edir ki, onlar bu təxribatı genişləndirə bilmirlər. Bu, onu göstərir ki, Qarabağda bizim uğurumuz peşəkarlardan keçir”.
"Report"un xəbərinə görə, bunu Milli Məclis deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanda sosial şəbəkə seqmentində bəziləri Türkiyəyə, İsrailə, Pakistana, Əfqanıstana qarşı anti-təbliğat kampaniyası aparır:
“Bunun qarşısı alınmalıdır. Hesab edirəm ki, Bakıda salınan parkların birinə Azərbaycan-Türkiyə-İsrail-Pakistan dostluq parkı adı verilməlidir. Həmin parkda da bu ölkələrin bayraqları dalğalanmalıdır”.