Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyanın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun Bakı filialı "Azərbaycan Respublikasının ictimai-siyasi həyatında
"Report" xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Təşkilatın Bakı filialının direktoru Elman İmaməliyev Azərbaycanda ictimai təşkilatların ölkənin həyatında oynadığı rolun öyrənilməsinin MDB-yə üzv ölkələrdə tətbiqi imkanlarının ümumiləşdirilməsinə xidmət etdiyini qeyd edib.
Milli Məclisin deputatı Hikmət Məmmədov çıxış edərək deyib ki, Azərbaycanda qeyri-hökumət təşkilatlarının rolu mühümdür.
Onun sözlərinə görə, ölkədə qeyri-hökumət təşkilatları fəaldırlar: "Azərbaycanda QHT-lərin fəaliyyəti təqdir edilməlidir. Milli maraqlar daim öndə olmalıdır".
Deputat Şahin İsmayılov xatırladıb ki, Azərbaycanda 300-ə yaxın qeyri-hökumət təşkilatı var, onlardan 30-u beynəlxalq təşkilatlarla sıx işləyir: "Ölkəmizdə gənclər təşkilatları uğurla fəaliyyət göstərirlər, dövlət qurumları ilə əməkdaşlıq edirlər, təkliflərini təqdim edirlər. Azərbaycandakı gənclər təşkilatlarının tərkibində könüllülər ordusu formalaşıb. Biz 2015-ci ildə Avropa Oyunları zamanı onların fəaliyyətini gördük".
"İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, ölkədə qeyri-hökumət təşkilatlarının ictimai-siyasi proseslərə təsiri var.
O təəssüflə qeyd edib ki, bəzi xaricdən maliyyələşən QHT-lər isə zərər verməklə məşğuldur: "Bu cür hallar yolverilməzdir. Azərbaycanda dövlətçilik maraqlarından çıxış edən kifayət qədər QHT var. Bu institut formalaşıb. Azərbaycan təcrübəsindən dünyanın digər ölkələrində də istifadə edilə bilər".
Digər çıxış edənlər də QHT-lərin fəaliyyəti ilə bağlı fikirlərini bölüşüblər.