Azərbaycan Parlamentinin 100 illiyinə həsr edilən iclasın vaxtı dəyişdirilib

Azərbaycan Parlamentinin 100 illiyinə həsr edilən iclasın vaxtı dəyişdirilib Ümumilikdə 40-a yaxın ölkənin nümayəndəsi yubiley tədbirinə qatılacaq
Milli Məclis
13 Sentyabr , 2018 14:27
0 : 00
0 : 00

Bakı. 13 sentyabr. REPORT.AZ/ Azərbaycan Parlamentinin 100 illiyinə həsr edilən təntənəli iclas sentyabrın 20-də deyil, 21-də keçiriləcək.

Bu barədə “Report”a Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.

O bildirib ki, iclasla bağlı hazırlıq işləri davam edir: “Tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün şərait yaradılıb”.

Onun sözlərinə görə, yubiley tədbirinə 150 ölkənin parlamentlərinin nümayəndə heyəti qatılacaq: “Təntənəli iclasda iştirak üçün bu ölkələrdən 14-nün parlament sədri Bakıya gələcək, 13 ölkə sədr müavinləri, 11 ölkə parlamentlərarası işçi qrupları səviyyəsində təmsil olunacaq”.

O qeyd edib ki, tədbirdə 10-a yaxın beynəlxalq təşkilatın nümayəndə heyəti də iştirak edəcək. Ümumilikdə, 40-a yaxın ölkənin nümayəndəsi yubiley tədbirinə qatılacaq.

A.Təvəkküloğlu təntənəli yubiley tədbirinin Milli Məclisin inzibati binasında keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi