Azərbaycan Mərkəzi Bankı təkrarsığorta ilə bağlı minimum tələblər müəyyənləşdirəcək

Azərbaycan Mərkəzi Bankı təkrarsığorta ilə bağlı minimum tələblər müəyyənləşdirəcək Azərbaycan Mərkəzi Bankının (AMB) təkrarsığorta ilə bağlı minimum tələblər müəyyən etməsi təklif olunur.
Milli Məclis
9 İyun , 2023 13:16
Azərbaycan Mərkəzi Bankı təkrarsığorta ilə bağlı minimum tələblər müəyyənləşdirəcək

Azərbaycan Mərkəzi Bankının (AMB) təkrarsığorta ilə bağlı minimum tələblər müəyyən etməsi təklif olunur.

"Report"un xəbərinə görə, bu, parlamentin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan "Sığorta fəaliyyəti haqqında" qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Sənədə əsasən, təkrarsığorta zamanı sığorta risklərinin tənzimlənməsi məqsədilə sığortaçının və təkrarsığortaçının təkrarsığorta əməliyyatları üzrə siyasətinə və katastrofik risklərin təkrarsığortalanmasına dair minimum tələbləri AMB müəyyən edir.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi