MM-in komitə sədri: “Azərbaycan beynəlxalq platformada qərarların qəbulunda hüquqi çərçivənin yaradılmasına şərait yaradacaq”

Milli Məclis
  • 07 dekabr, 2022
  • 08:38
MM-in komitə sədri: “Azərbaycan beynəlxalq platformada qərarların qəbulunda hüquqi çərçivənin yaradılmasına şərait yaradacaq”
Tahir Mirkişili

“Hesab edirəm ki, “Hədəfli maliyyə sanksiyaları haqqında” yeni qanun layihəsinin qəbulu ilə Azərbaycan beynəlxalq platformada hansısa qərarların qəbulunda hüquqi çərçivənin yaradılmasına şərait yaratmış olacaq”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Hədəfli maliyyə sanksiyaları haqqında” yeni qanun layihəsinin müzakirəsində deyib.

“Bu gün beynəlxalq sanksiyaların tətbiq edilməsi artıq dəb halını alıb. Ən çox sanksiya tətbiq edilən iki ölkə ilə Azərbaycan qonşudur. Belə olan halda Azərbaycan hansı siyasəti aparacaq? Ölkəmizə qarşı çox sayda təzyiqlər edilir”, - komitə sədri bildirib.