AŞPA müşahidə missiyasının Azərbaycanda keçirilmiş seçkilərə dair yekun məruzəsi qəbul edilib

AŞPA müşahidə missiyasının Azərbaycanda keçirilmiş seçkilərə dair yekun məruzəsi qəbul edilib Bu qərar noyabrın 27-də AŞPA daimi komitəsinin iclasinda təsdiq edilməlidir
Milli Məclis
26 Noyabr , 2015 22:27
AŞPA müşahidə missiyasının Azərbaycanda keçirilmiş seçkilərə dair yekun məruzəsi qəbul edilib

Bakı. 26 noyabr. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyası sədarət komitəsi və bürosunun Sofiyada təşkil edilmiş iclaslarında Azərbaycanda noyabrın 1-də keçirilmiş parlament seçkilərinə dair AŞPA seçki müşahidə missiyasının yekun məruzəsi yekdilliklə qəbul edilib.

Bu barədə "Report"-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov məlumat verib. O deyib ki, bu qərar noyabrın 27-də AŞPA daimi komitəsinin iclasinda təsdiq edilməlidir.

Son xəbərlər

Orphus sistemi