AŞPA-da İŞİD döyüşçüləri və onların ailələri ilə bağlı qərarlar qəbul ediləcək

AŞPA-da İŞİD döyüşçüləri və onların ailələri ilə bağlı qərarlar qəbul ediləcək Avropa Şurası Parlament Assambleyasında (AŞPA) İŞİD döyüşçüləri və onların ailələri ilə bağlı qərarlar qəbul ediləcək.
Milli Məclis
21 Yanvar , 2023 12:19
AŞPA-da İŞİD döyüşçüləri və onların ailələri ilə bağlı qərarlar qəbul ediləcək

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) İŞİD döyüşçüləri və onların ailələri ilə bağlı qərarlar qəbul ediləcək.

Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, yanvarın 22-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri və AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri deputatlar Erkin Qədirli, Rafael Hüseynov, Nigar Arpadarai, Kamal Cəfərov, Sabir Hacıyev, Könül Nurullayeva, Asim Mollazadə, Fazil Mustafa, Sevinc Fətəliyeva, Tural Gəncəliyev, Pərvin Kərimzadə AŞPA-nın növbəti sessiyasında iştirak etmək üçün Fransanın Strasburq şəhərinə səfər edəcəklər.

Sessiyada Suriyadan və digər ölkələrdən Avropa Şurasına üzv dövlətlərə qayıdan İŞİD döyüşçüləri və onların ailələri ilə bağlı problemlər, silahlı münaqişələrin ətraf mühitə təsiri, münaqişə ilə əlaqəli cinsi zorakılıq, AŞPA-nın monitorinq prosedurları kimi məsələlər müzakirə olunacaq, müvafiq qərarlar qəbul ediləcək.

Son xəbərlər

Orphus sistemi