Aqil Abbas mədəniyyət idarələrindəki ixtisarlara etiraz edib

Aqil Abbas mədəniyyət idarələrindəki ixtisarlara etiraz edib Bakı. 1 oktyabr. REPORT.AZ/ “Tutaq ki, dövlət kino çəkilməsi üçün 1,5 milyon manat vəsait ayırır. Maliyyə vəsaiti kinostudiyaya çatmamış Vergilər Nazirliyi həmin məbləğin 300 min manatını əlavə dəyər vergisi kimi tutur. Kino çəkilər, gəlir olarsa, vergi də yığılar. Bir filmə ayrılan vəsaitdən bu qədər vergi tutularsa, çəkilən filmin keyfiyyəti necə ola bilər?”.
Milli Məclis
1 Oktyabr , 2018 16:50
Aqil Abbas mədəniyyət idarələrindəki ixtisarlara etiraz edib
0 : 00
0 : 00

Bakı. 1 oktyabr. REPORT.AZ/ “Tutaq ki, dövlət kino çəkilməsi üçün 1,5 milyon manat vəsait ayırır. Maliyyə vəsaiti kinostudiyaya çatmamış Vergilər Nazirliyi həmin məbləğin 300 min manatını əlavə dəyər vergisi kimi tutur. Kino çəkilər, gəlir olarsa, vergi də yığılar. Bir filmə ayrılan vəsaitdən bu qədər vergi tutularsa, çəkilən filmin keyfiyyəti necə ola bilər?”.

“Report” xəbər verir ki, bunu deputat Aqil Abbas parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Deputat qeyd edib ki, bu məsələdə güzəştlər olmalıdır.

A.Abbas dövlət idarələrindəki ixtisarlara da etirazını bildirib: “Şuşanın musiqi məktəbi və kollecini birləşdirdilər. Bundan başqa, Şuşanın Mədəniyyət şöbəsini ləğv edib Sumqayıtdakı Regional Mədəniyyət İdarəsinə birləşdirdilər. Bu zaman 260 nəfər ixtisar edildi. Mədəniyyət sahəsində ixtisarlar çox gedir. Kəndlərdə kitabxanaları ləğv edirlər, işçiləri də ixtisar olunur. Kənddə kitab oxumağa ehtiyac yoxdur, televiziyalarda seriallara baxacaqlar...”

Son xəbərlər

Orphus sistemi